Bank Of Baku

AGBI indeksi 1,0507, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0507, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 15 dekabr 2010 06:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0506 bənd və ya 5,1% artaraq dekabr ayının 15-nə 1,0507 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0398 bənd və ya 3,8% azalaraq 1,0001-ə bərabər olub.

Dekabrın 14-də 11 613,7 min manat həcmində bir dövlət istiqrazları buraxılışının yerləşdirilməsindən sonra bazarsy kapitallaşması artıb və bu, AGBI indeksinin yüksəlməsində əks olunub.

AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR