Bank Of Baku

Gələn il Azərbaycanda ilk dəfə «Quşların sığortalanması» növü tətbiq olunacaq

Gələn il Azərbaycanda ilk dəfə «Quşların sığortalanması» növü tətbiq olunacaq
# 15 dekabr 2010 07:02 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Mehman Əliyev bildirib.

M.Əliyevin sözlərinə görə, 2011-ci il yanvar ayından potensial müştərilər şirkətin «Direktorların məsuliyyətinin sığortalanması», «Kənd təsərrüfatı sığortası» və «Quşların sığortalanması» növləri üzrə xidmətlərdən istifadə edə bilərlər.

M.Əliyev bildirib ki, bu növlər də daxil olmaqla şirkətin təqdim etdiyi könüllü sığorta növlərinin sayı 29-a çatacaq.

Qeyd edək ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci il avqust ayından fəaliyyət göstərir. Şirkət 26 sığorta, o cümlədən 4 icbari sığorta növü üzrə də xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR