Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 6% artıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 6% artıb
# 15 dekabr 2010 08:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2010-cu ilin yanvar-sentyabr ayları üzrə tədiyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmalar və ödənişlərin ümumi dövriyyəsi 3 287,4 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 2 986,5 mln. dollarını və ya 90,8%-ni Azərbaycandan ödənişlər təşkil edib.

Azərbaycandan ödənişlərin əsas hissəsini (2 246,1 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqqı (87,7 mln. dollar) və xarici kreditlər üzrə ödənilən faizlər (139,2 mln. dollar) təşkil edib.

Gəlirlərlə bağlı ölkəyə daxil olmuş vəsait 2010-cu ilin 9 ayında 300,9 mln. dollar olub. Bunun tərkibində 89,6%-i neft-qaz sektoruna aid olmayan sahələr üzrə gəlirlər təşkil edib.

Beləliklə, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində gəlirlər üzrə tədiyə balansında 2 685,6 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% çoxdur. Qeyd edək ki, Azərbaycandan aparılan ödənişlər daxilolmaları 9,9 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR