Bank Of Baku

Rusiya Monqolustanın borcunu silib

Rusiya Monqolustanın borcunu silib
# 15 dekabr 2010 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya və Monqolustan arasında sonuncunun borcunun tənzimlənməsi ilə bağlı saziş imzalanıb.

APA-Economics”in xəbərinə görə, sazişə hər iki ölkənin baş nazirləri Vladimir Putin və Suxbaatarın Batbold imza atıb.

Monqolustanın Rusiyaya olan borcu 180 mln. dollar təşkil edib. Borc postsovet dövründə Monqolustanın “Monqolrossvetmet” birgə müəssisəsində iştirak etməsi üçün kredit şəklində verilib.

Rusiyanın maliyyə naziri Aleksey Kudrin bildirib ki, borcun böyük hissəsi (97,8%) silinib. Qalan 3,8 mln. dollar isə bir tranşla bağlanacaq. Nazirin sözlərinə görə, yalnız bundan sonra Rusiya Monqolustana 125 mln. dollar həcmində yeni kredit ayıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR