Bank Of Baku

«DemirBank» regional filial şəbəkəsini genişləndirir

«DemirBank» regional filial şəbəkəsini genişləndirir
# 15 dekabr 2010 09:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq «Ağsu» filialını açıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Ağsu rayon mərkəzində, M.Ə.Rəsulzadə küçəsi,62 ünvanında yerləşən bu filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Burada müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, təcili pul köçürmələri, kommunal, rabitə və digər xidmətlər üzrə ödənişlər, valyuta mübadiləsi və s. xidmətlər təklif edilir.

Yeni filialın açılması ilə «DəmirBank»ın filiallarının ümumi sayı 30-a çatdırılıb. Onlardan 13-ü Bakıda, 17-si isə müxtəlif regionlarda – Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişlidə yerləşir.

Ölkənin ilk banklarından olan «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR