Bank Of Baku

«Rəvan Sığorta» şirkəti pul tələbi ilə bağlı «Parex Leasing and Factoring» şirkətini məhkəməyə verib

«Rəvan Sığorta» şirkəti pul tələbi ilə bağlı «Parex Leasing and Factoring» şirkətini məhkəməyə verib
# 15 dekabr 2010 14:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rəvan Sığorta» şirkəti pul tələbi ilə bağlı Latviyanın Azərbaycanda fəaliyyət göstərən törəmə müəssisəsi – «Parex Leasing and Factoring» şirkətini məhkəməyə verib.

«APA-Economics»in 1 saylı Yerli İqtisad Məhkəməsinə istinadən verdiyi məlumata görə, iddianın əsas mahiyyəti «Parex Leasing and Factoring» şirkətinin əmlakı olan, lakin lizinq yolu ilə «Təbriz» MMC-yə satılan avtobusa qəza nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlıdır.

«Rəvan Sığorta» şirkətinin Hüquq Departamentinin direktoru Oqtay Muradovun «APA-Economics»ə verdiyi məlumata görə, «Təbriz» MMC-nin icraatında olan avtobus «Rəvan Sığorta» tərəfindən «Avtomobillərin könüllü sığortası» növü üzrə sığortalanıb. «Avtoqəza nəticəsində avtobusa dəymiş zərərin məbləği şirkətin mütəxəssisləri tərəfindən müəyyənləşdirilərək 9 min manat həcmində qiymətləndirilib. Dəymiş ziyanın ödənilməsi ilə bağlı şirkət iddia qaldıraraq məhkəməyə müraciət edib. İddiada hər iki tərəf - «Parex Leasing and Factoring» və «Təbriz» MMC cavabdeh qismində qeyd olunub. Amma sonuncu məhkəmə iclasında «Parex Leasing and Factoring» şirkəti cavabdeh qismindən azad edilib. Çünki əmlak birbaşa lizinq şirkətinə aid olsa belə, müqavilədə göstərilən maddədə ondan istifadə «Təbriz» MMC-yə məxsus olduğu qeyd olunur. Buna görə də artıq dəymiş ziyanı birabaşa «Təbriz» MMC ödəməli olacaq», - deyə O.Muradov bildirib.

«Parex Leasing and Factoring» şirkətinin İdarə Heyətinin sədr müavini Əfqan Cavadovun sözlərinə görə isə, «Rəvan Sığorta» şirkəti qəza törətmiş yük avtomobilinin lizinq şirkətinə məxsus olduğunu bilərək məhkəməyə müraciət edib. Bu yük avtomobili «Təbriz» MMC-yə lizinq yolu satılıb və məsuliyyəti də «Təbriz» MMC daşıyır.

Ə.Cavadov bildirib ki, bu cür anlaşılmazlığa son qoymaq üçün «Parex Leasing and Factoring» şirkəti yaxın günlərdə «Rəvan Sığorta» şirkətini məhkəməyə vermək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR