Bank Of Baku

Gələn həftə «Turanbank»ın səhmlərinin yerləşdirilməsinə başlanacaq

Gələn həftə «Turanbank»ın səhmlərinin yerləşdirilməsinə başlanacaq
# 15 dekabr 2010 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 22-dən etibarən Bakı Fond Birjasında (BFB) «Turanbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin əlavə yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 500 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

«Turanbank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Chelsea Capital» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 8,1% artaraq 20 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 126,485 mln. manat, kredit portfeli 95,481 mln. manat, depozit portfeli 45,502 mln. manat, məcmu kapitalı 22,012 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,5 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR