Bank Of Baku

Azərbaycanda son bir ildə əmanətlər üzrə real faiz dərəcəsi 1,7 dəfə aşağı düşüb

Azərbaycanda son bir ildə əmanətlər üzrə real faiz dərəcəsi 1,7 dəfə aşağı düşüb
# 27 dekabr 2010 08:39 (UTC +04:00)
«APA-Economics»in apardığı hesablamalara görə, əmanətlər üzrə real faiz dərəcəsi illik 11,51% təşkil edibsə, 2010-cu ilin noyabrın 1-nə bu göstərici cəmi illik 6,66%-ə bərabər olub.

Ümumulikdə isə manat əmanətləri üzrə orta faiz dərəcəsi həmin tarixə illik 11,96% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,25 faiz bəndi azdır. Əmanətlər üzrə faiz dərəcələrinin enməsi inflyasiyanın yüksəlməsi ilə müşayiət olunub ki, bu da real faiz dərəcələrini daha da ucuzlaşdırıb. Belə ki, ötən ilin yanvar-oktyabr ayları üzrə inflyasiyanın səviyyəsi 1,7% təşkil etdiyi halda, 2010-cu ilin yanvar-oktyabr ayları üzrə bu göstərici 5,3%-ə yüksəlib.

Aydındır ki, pulun alıcılıq qabiliyyəti baxımından inflyasiyanın səviyyəsi əmanətləri ucuzlaşdırır və real faiz dərəcələri banklar tərəfindən təklif olunan faiz dərəcələrindən inflyasiya çıxılmaqla hesablanır. Beləliklə, əhalinin əmanətlər üzrə faktiki gəliri inflyasiyaya bərabər həcmdə azalır.

Eyni zamanda qeyd olunmalıdır ki, dünyanın iqtisadi böhrandan tədricən bərpa olunması şəraitində bir sıra ölkələrdə hazırda əmanətlər üzrə real faiz dərəcələri hətta inflyasiya səviyyəsindən aşağıdır. Azərbaycanda bu hal hələlik baş vermir, lakin inflyasiya yüksələcəyi təqdirdə əmanətlər üzrə real faiz dərəcəsi daha da azala bilər, çünki hazırkı vəziyyətdə Azərbaycan banklarında əmanətlərin faiz dərəcələrinin artırılması üçün əlamət yoxdur. Qeyd edək ki, hazırda banklarda ifrat likvidlik müşahidə olunur və belə olan şəraitdə banklar üçün əmanətlər üzrə faiz dərəcələrini artırmaq zərurəti yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR