Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı yeni aksiya keçirir

Azərbaycan Beynəlxalq Bankı yeni aksiya keçirir
# 27 dekabr 2010 11:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) bu gündən etibarən plastik kartları ilə bağlı endirim kampaniyasına başlayıb. Aksiya bir ay davam edəcək. Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin «APA-Economics»ə verdiyi məlumata görə, kampaniyanın əvvəlki endirim proqramlarından fərqi ondan ibarətdir ki, indiki aksiya «Gold» və «Platinum» plastik kartlarını əhatə edəcək, endirimlərin həcmi isə 50-80% olacaq.

Belə ki, 3 il müddətinə olan «Visa Classic» kartının qiyməti 112 manat təşkil edirsə, kampaniya çərçivəsində onun qiyməti 40 manat, 1 illik müddətə olan «Platinum Card» kartının qiyməti 100 manat təşkil edirsə, endirimdən sonra qiyməti 30 manat olacaq. Həmçinin, aksiya çərçivəsində kartın rəsmiləşdirilməsi zamanı ilkin ödəniş tutulmayacaq.

R.Ağayev bildirib ki, Bankın plastik kartlarının sahibləri onlarla bank xidmətlərindən istifadə edə bilərlər, bunların sırasında «Internet-Banking», «Mobil Banking» və digərləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR