Bank Of Baku

«Qala Həyat» sığorta şirkəti nizamnamə kapitalına xarici investor cəlb edə bilər

«Qala Həyat» sığorta şirkəti nizamnamə kapitalına xarici investor cəlb edə bilər
# 27 dekabr 2010 12:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkəti fəaliyyətini daha da inkişaf etdirmək məqsədi ilə perspektivdə nizamnamə kapitalına xarici investor cəlb edə bilər. «APA-Economics»in məlumatına görə, bunu «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, şirkətin əsas səhmdarı olan «AzRe» təkrarasığorta şirkəti hazırda bir neçə xarici sığorta təşkilatı ilə bu istiqamətdə danışıqlar aparır.

A.Babayev bildirib ki, əsas məqsəd ilkin mərhələdə xarici kapitalın iştirakı olmadan fəaliyyəti davam etdirməkdir.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Bu ilin noyabr ayının 30-da şirkətin adı «Qala Həyat»ya dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət həyat sığortasına aid 5 könüllü və 1 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR