Bank Of Baku

«AzRe» təkrarasığorta şirkəti xaricdən risklərin qəbuluna başlayıb

«AzRe» təkrarasığorta şirkəti xaricdən risklərin qəbuluna başlayıb
# 27 dekabr 2010 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzRe» təkrarasığorta şirkəti xarici bazarlardan risklər qəbul etməyə başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov bildirib.

V.Abbasovun sözlərinə görə, şirkət növbəti il ərzində təkrarsığorta riskləri üzrə portfelində xarici bazarın payını daha artırmaq niyyətindədir: «Bu ilin yanvar-noyabr aylarında şirkətə daxil olan təkrarsığorta haqlarının həcmi 20 mln. manatdan çox olub ki, bu da 2010-cu il üçün verilən proqnozun 100%-lik icra olunması deməkdir».

Xatırladırıq ki, Azərbaycan sığorta bazarının ilk milli təkrarsığorta şirkəti olan «AzRe» ASC 2007-ci ilin noyabrında fəaliyyətə başlayıb. Hazırda şirkətin nizamnamə kapitalı 10,8 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR