Bank Of Baku

«Parabank» Yeni İl bayramı ilə bağlı əyləncəli proqram keçirir

«Parabank» Yeni İl bayramı ilə bağlı əyləncəli proqram keçirir
# 27 dekabr 2010 13:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC Yeni İl bayramı ilə əlaqədar dekabr ayının 25-31-də «Park Bulvar» Ticarət və Əyləncə Mərkəzinin III mərtəbəsində əyləncəli proqram keçirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu proqram çərçivəsində Rus Dram Teatrının aktyorlarının iştirakı ilə cizgi filmlərinin qəhrəmanları Şrek, Peppi – uzunboğaz corab, quldur – Cek Vorobey, Sehrbaz və uşaqların sevimlisi Buratino obrazlarında nağıl nümayiş olunacaq. Tamaşa «Parabank»ın sehrli plastik kartı haqqında olacaq. Həmçinin, uşaqlar üçün müxtəlif oyunlar keçiriləcək.

Qonaqlara «Parabank» tərəfindən müxtəlif dəyərli hədiyyələr veriləcək. Qeyd edək ki, əyləncə proqramında iştirak pulsuzdur.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR