Bank Of Baku

«Qala Həyat» sığorta şirkəti ilk sığorta müqaviləsini «Qarant sığorta» şirkəti ilə bağlayıb

«Qala Həyat» sığorta şirkəti ilk sığorta müqaviləsini «Qarant sığorta» şirkəti ilə bağlayıb
# 27 dekabr 2010 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkəti «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə ilk sığorta müqaviləsini «Qarant sığorta» şirkəti ilə bağlayıb. «APA-Economics»in məlumatına görə, bunu «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, hazırda işçilərini bu sığorta növü üzrə sığortalamaq istəyən bir neçə dövlət müəssisəsi və iri təşkilatlar «Qala Həyat» şirkəti ilə danışıqlar aparır: «Ümid edirəm ki, Əmək Məcəlləsinə ediləcək müvafiq dəyişiklikdən sonra «Qala Həyat» sığorta şirkətinə müraciət edən müəssisə və təşkilatların sayı artacaq».

Qeyd edək ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun qüvvəyə mindikdən sonra Əmək Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub. Belə ki, Məcəlləyə ediləcək dəyişiklikdən sonra, yeni ildən işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsində işçilərin bu sığorta növü üzrə icbari qaydada sığortalanması əlavə müddəa kimi qeyd olunacaq.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Bu ilin noyabr ayının 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 1 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR