Bank Of Baku

Azərbaycanda kreditləşmənin həcmi artır

Azərbaycanda kreditləşmənin həcmi artır
# 27 dekabr 2010 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən verilən kreditlərin ümumi həcmi 2010-cu il dekabr ayının 1-nə 9 091,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7% çoxdur. Eyni zamanda, cari ilin əvvəlindən bu göstərici 8,1%, noyabr ayında isə 0,3% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kredit portfelində əsas hissə özəl bankların payına düşür. Belə ki, özəl bankların ayırdığı kreditlərin həcmi 4 988,9 mln. manat və ya 54,9%, dövlət bankının (Azərbaycan Beynəlxalq Bankı) isə 3 911,3 mln. manat və ya 43% təşkil edib.

Qeyd edək ki, 191,6 mln. manat və ya ümumi kredit portfelinin 2,1%-i bank olmayan kredit təşkilatlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR