Bank Of Baku

Slovakiyanın maliyyə naziri: “Yunanıstan və Portuqaliya avrozonaya uyğun gəlmirlər”

Slovakiyanın maliyyə naziri: “Yunanıstan və Portuqaliya avrozonaya uyğun gəlmirlər”
# 27 dekabr 2010 14:55 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan və Portuqaliyanın, eləcə də avrozonaya daxil olan bəzi Cənubi Avropa ölkələrinin iqtisadiyyatları ümumavropa valyutasının istifadə olunması üçün uyğun gəlmir.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu bəyanatla Slovakiyanın maliyyə naziri İvan Mikloş yerli qəzetlərdən birinə müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, Yunanıstan və Portuqaliya uzaq perspektivdə avrozonadan çıxa bilərlər: “Avropa İttifaqının avrozonadakı borc böhranının qarşısının alınması üzrə səyləri o qədər də uğurlu olmayıb”.

Qeyd edək ki, 2010-cu ilin əvvəlində Yunanıstandan başlayan borc böhranı sonradan avrozonaya daxil olan İrlandiya, Portuqaliya və İspaniyanı da əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR