Bank Of Baku

Azərbaycanda bank depozitləri noyabrda azalıb

Azərbaycanda bank depozitləri noyabrda azalıb
# 28 dekabr 2010 09:41 (UTC +04:00)
Eyni zamanda, cari ilin əvvəlindən bu göstərici 96,8 mln. manat və ya 2,1%, təkcə noyabr ayında isə 123,4 mln. manat və ya 2,5% azalıb. Qeyd edək ki, noyabrda azalma həm hüquqi şəxslərin depozitləri, həm də fiziki şəxslərin əmanətləri üzrə müşahidə olunub.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin strukturunda ev təsərrüfatlarının depozitləri (əhalinin əmanətləri) 2 868,4 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 1 882,6 mln. manat təşkil edib. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 60,4%-ə bərabərdir.

Qeyd edək ki, ev təsərrüfatları üzrə depozitlərin illik artım tempi 27,4% təşkil etdiyi halda, qeyri-maliyyə təşkilatlarının depozitləri il ərzində 8,5% azalıb. Eyni zamanda, noyabrda fiziki şəxslərin əmanətləri 19,1 mln. manat və ya 0,7%, hüquqi şəxslərin depozitləri isə 104,3 mln. manat və ya 5,3% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR