Bank Of Baku

«Azal Sığorta» şirkəti son 5 ildə 20 mln. manatdan çox sığorta ödənişi həyata keçirib

«Azal Sığorta» şirkəti son 5 ildə 20 mln. manatdan çox sığorta ödənişi həyata keçirib
# 28 dekabr 2010 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azal Sığorta» şirkəti son 5 il ərzində sığorta hadisələri üzrə ümumilikdə 20 mln. manatdan çox sığorta ödənişi həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, fəaliyyət dövrü ərzində şirkət 15-dən artıq aviaqəza hadisəsi üzrə sığorta ödənişi edib ki, bu ödənişlərin ümumi həcmi təxminən 19 mln. manata yaxın olub. Bu sığorta hadisələrindən 6-sı hava gəmisinin tamamilə məhv olması ilə nəticələnib. Bu hadisələr bir neçə broker şirkəti («Marsh», JLT, AON, «Heath Lambert»), hadisələrin qiymətləndirilməsi və araşdırılması şirkətləri («Airclaims», CTC, hüquq şirkətləri DLA, BLG, «Beaumont and Son») tərəfindən tənzimlənib.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» QSC olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 8,138 mln. manat təşkil edir. Cari ilin yanvar-noyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 11,78 mln. manat, sığorta ödənişləri isə 1,03 mln. manat olub. Şirkət müştərilərə 23 sığorta növü üzrə xidmət göstərir.

Xatırladaq ki, «Azal Sığorta» ASC ölkədə ilk dəfə olaraq «Aviasiya sığortası» üzrə bir sıra lisenziya növlərinin yaradılması təşəbbüsü ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR