Bank Of Baku

«Rabitəbank» korporativ idarəetmə sistemini təkmilləşdirir - FOTO

«Rabitəbank» korporativ idarəetmə sistemini təkmilləşdirir - <font color=red>FOTO</font>
# 28 dekabr 2010 10:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri göstərilməsinə dair razılaşma imzalanıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, razılaşmaya əsasən, IFC-nin məsləhətçiləri «Rabitəbank»da korporativ idarəetmə sahəsində cari vəziyyəti təhlil edib, onun beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasına yardımçı olacaqlar.
Bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimovin sözlərinə görə, bu razılaşmanın məhz beynəlxalq maliyyə institutlarının bankın səhmdarları sırasına qoşulması zamanı imzalanması onun aktuallığını ikiqat artırır: «Ümid edirik ki, bu əməkdaşlıq bankda mövcud olan korporativ idarəetmə standartlarını növbəti mərhələyə yüksəldəcək».
Qeyd edək ki, layihənin 2011-ci ilin yanvar ayında başlanması və ilk yarımillikdə davam edəcəyi gözlənilir. IFC-nin məsləhətçiləri bankın səhmdarları, Müşahidə Şurası və rəhbərlik üçün korporativ idarəetmə sahəsində, məsləhətlərin təqdim edilməsi, eyni zamanda korporativ sənədlərə yenidən baxılması, informasiya təhlükəsizliyi məsələlərinin təkmilləşdirilməsi sahəsində birgə işlər aparacaq.
Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın Bakıda 6 filialı, regionlarda 15 filial və şöbəsi olmaqla, ümumilikdə 21 filial və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR