Bank Of Baku

Azərbaycanda nağdsız ödəmələr həvəsləndiriləcək

Azərbaycanda nağdsız ödəmələr həvəsləndiriləcək
# 28 dekabr 2010 13:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda nağdsız ödəmələrin stimullaşdırılması nəzərdə tutulur. Dövlət qurumları vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə qanunvericiliyə dəyişiliklərə azırlaşır.

«APA-Economics»in məlumatına görə, Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib ki, dövlət başçısının fərmanına uyğun olaraq, bununla bağlı təkliflərin hazırlanması üçün Vergilər Nazirliyi və Mərkəzi Bankın əməkdaşlarından ibarət birgə işçi qrupu yaradılıb. Nağdsız əməliyyatların artırılmasının ölkədə şəffaflığın artırılması və bank sektorunun inkişafına kömək edəcəyini bildirən bölmə rəisinin sözlərinə görə, təkliflər hazırlananda bununla bağlı xarici təcrübə və ölkədəki mövcud qanunvericiliyin tələbləri nəzərə alınacaq. Nağdsız əməliyyatların təkmiləşdirilməsi ilə bağlı təkliflər müxtəlif yönümlü ola bilər: «Bunlar, həm nağdsız əməliyyatların stimullaşdırılması, həm də bəzi inzibati tədbirləri nəzərdə tuta bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR