Bank Of Baku

Azərbaycanda Vergi Məcəlləsinə yeni dəyişikliklər ediləcək

Azərbaycanda Vergi Məcəlləsinə yeni dəyişikliklər ediləcək
# 28 dekabr 2010 13:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanda Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulub. «APA-Economics»ə verilən məlumata görə, bu barədə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib.

Onun sözlərinə görə, bu addım Vergilər Nazirliyinin 2011-ci ildə görəcəyi işləri nəzərdə tutan Tədbirlər Planında nəzərdə tutulub. Plana uyğun olaraq, vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin mart ayınadək ümumiləşdirilərək baxılması və müvafiq qanun layihəsinn hazırlanaraq aidiyyatı üzrə təqdim olunması nəzərdə tutulur. Bununla bağlı təkliflərin hazırlanmasında nazirliyin bütün qurumları, o cümlədən yerli orqanları iştirak edəcək.

Məcəlləyə ediləcək dəyişikliklərin təfərrüatları açıqlanmasa da, bildirilib ki, bunlar müxtəlif xarakterli ola bilər: «Bunlar vergi inzibatçılığının təkmilləşdirilməsi, eləcə də ödəyicilərin hüquqlarının artırılmasına aid ola bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR