Bank Of Baku

«Azərsığorta» gələn il daxilolmalarını artıracaq

«Azərsığorta» gələn il daxilolmalarını artıracaq
# 29 dekabr 2010 08:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan sığorta bazarının aparıcı şirkəti olan «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 2011-ci ildə 25 mln. manat həcmində sığorta haqqı toplayacağını proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Aftandil Hacıyev bildirib.

A.Hacıyevin sözlərinə görə, gözlənilən məcmu yığımların təxminən 75%-i icbari sığorta növlərinin payına düşəcək. Həmçinin, gələn il ərzində 1,5 mln. manatın «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə toplanacağı proqnozlaşdırılır.

A.Hacıyev bildirib ki, 2010-cu il üzrə gözlənilən yığımların həcmində cüzi kəsirin olacağı gözlənilir: «Bu isə məbləğ baxımından ciddi əhəmiyyət kəsb etmir».

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-noyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 22,80 mln. manat, sığorta ödənişləri isə 9,66 mln. manat təşkil edib. Şirkət 10 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR