Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu gələn il mühafizəkar investisiya siyasəti yürüdəcək

Azərbaycan Dövlət Neft Fondu gələn il mühafizəkar investisiya siyasəti yürüdəcək
# 29 dekabr 2010 08:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2011-ci il üçün nəzərdə tutulan investisiya siyasətinin məqsədi Fondda toplanan vəsaitin aşağı risk və aşağı qiymət dəyişkənliyi şəraitində idarə edilməsi və bu siyasətə uyğun olan gəlirliliyin əldə edilməsi olacaq. Buna nail olmaq üçün gələn il Neft Fondu mühafizəkar, əsas kapitalın itirilməməsinə və təminatlı gəlirin əldə edilməsinə imkan verən investisiya siyasəti yeridəcək. «APA-Economics»in məlumatına görə, bu, dövlət başçısının təsdiqlədiyi Dövlət Neft Fondunun büdcə zərfinə daxil olan «İnvestisiya siyasəti» bölməsində əksini tapıb.

Həmin sənədə əsasən, 2011-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 19,4 mlrd. manat həcmində nəzərdə tutulur.

Qeyd edək ki, investisiya portfelinin məcmu dəyəri investisiya portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR