Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunda azı 100 mln. dollar nağd şəkildə saxlanmalıdır

Azərbaycan Dövlət Neft Fondunda azı 100 mln. dollar nağd şəkildə saxlanmalıdır
# 29 dekabr 2010 10:09 (UTC +04:00)
Bu tələblər fondun vəsaitlərinin likvidliyini, investisiya portfelinin valyuta tərkibini, risklərin idarə olunmasını, eləcə də vəsaitlərin xarici menecerlərin idarə edilməsinə verilməsini əhatə edir. «APA-Economics»in məlumatına görə, bu tələblər dövlət başçısının təsdiqlədiyi Dövlət Neft Fondunun gələn il üçün büdcə zərfinə daxil olan «İnvestisiya siyasəti» bölməsində əksini tapıb.

Həmin tələblərə əsasən, Fondun vəsaitlərinin likvidlik dərəcəsi ARDNF-in büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 mln. ABŞ dollarından az olmayan hissəsi nağd vəsait və ya onun ekvivalentində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 təqvim günündən çox davam etməməlidir.

İnvestisiya portfelinin valyuta tərkibi (səbəti) üzrə tələblərə əsasən isə, Fondun baza valyutası əvvəlki kimi ABŞ dollarıdır. Vəsaitlərin 50%-i dollar, 40%-i avro, 5%-i funt-sterlinq, 5%-i isə yüksəkreytinqli ölkələrin valyutalarında, ABŞ dollarında və ya xüsusi çəkidəki mütənasiblik əsasında bölüşdürülərək ABŞ dolları, avro və funt-sterlinqində ifadə olunan aktivlərə yerləşdirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR