Bank Of Baku

Azərbaycanda bank aktivləri azalıb

Azərbaycanda bank aktivləri azalıb
# 29 dekabr 2010 11:35 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bank aktivləri 1 031,89 mln. manat və ya 8,9% artıb, lakin noyabr ayında 71,29 mln. manat və ya 0,6% azalıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi dekabrın 1-nə 8 522,37 mln. manat (xüsusi çəkisi 67,12%), müxbir hesabları 941,97 mln. manat (7,42%), investisiyaların həcmi 1 039,42 mln. manat (8,19%), nağd vəsaitlər 488,34 mln. manat (3,85%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 492,80 mln. manat (3,88%), digər aktivlər isə 1 212,17 mln. manat (9,55%) təşkil edib.

Bank passivlərinin 82,87%-i öhdəliklərin payına düşür və dəyər ifadəsində 10 521,99 mln. manat təşkil edir. Öhdəliklərin tərkibində 4 707,24 mln. manat depozitlər, 5 149,35 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 665,40 mln. manat digər öhdəliklərin payına düşür.

Bankların məcmu kapitalı isə 2010-cu ilin dekabrın 1-nə 2 175,07 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR