Bank Of Baku

«Finance Leasing» istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb

«Finance Leasing» istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb
# 29 dekabr 2010 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Finance Leasing» ASC bu gündən etibarən Bakı-Fond Birjası (BVB) vasitəsilə faizli adlı sənədsiz istiqrazlarının emissiyasının yerləşdirilməsinə başlayıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 800 ədəd, emissiyanın ümumi həcmi isə 400 min manat təşkil edir. Sözügedən qiymətli kağızların tədavül müddəti 720 gün, gəlirliyi illik 15%, faiz ödəniş dövrünün müddəti isə 30 gün təşkil edir.

İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Caspian Financial» MMC çıxış edir.

Qeyd edək ki, «Finance Leasing» ASC 2007-ci ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Lizinq əməliyyatlarının maliyyələşdirilməsi ilə yanaşı şirkət yerli avadanlıq istehsalçıları və maliyyə qurumları ilə (bank və sığorta təşkilatları) sıx əməkdaşlıq edir. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR