Bank Of Baku

Aftandil Hacıyev: «Azər-Asiya» sığorta şirkətinin effektivliyi özünü doğrultmayıb»

Aftandil Hacıyev: «Azər-Asiya» sığorta şirkətinin effektivliyi özünü doğrultmayıb»
# 29 dekabr 2010 12:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Asiya» İran-Azərbaycan sığorta şirkətinin səhmdarlarının son iclasında şirkətin fəaliyyətinin rəsmən dayandırılması ilə bağlı qərar qəbul olunub. Bunu «APA-Economics»ə açıqlamasında «Azərsığorta» şirkəti İdarə Heyətinin sədr müavini Aftandil Hacıyev bildirib.

A.Hacıyevin sözlərinə görə, iclasda iranlı səhmdarlar şirkətin ləğvinə razı olmasalar da, sonradan bunu təsdiq ediblər. «Azər-Asiya» 1997-ci ildə yaradılıb və şirkətin əsas səhmdarı «Azərsığorta» şirkəti (51%) olub. Həmin müddətdən 2008-ci ilədək şirkət hər il təxminən 10 min manatadək mənfəət əldə edib ki, bu da yalnız xərclərin qarşılanmasına kifayət edib. «Ümumiyyətlə, bu müddət ərzində şirkətin iqtisadi səmərəliliyi, o cümlədən kifayət qədər gəlirliyi olmayıb. Hazırda şirkətin sığorta fəaliyyəti ilə bağlı lisenziyası ləğv edilib, şirkət sadəcə səhmdar cəmiyyət formasında fəaliyyət göstərir», - deyə A.Hacyev bildirib.

Qeyd edək ki, 2008-ci il fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətini uzatmaqdan imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.

Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» 1997-ci ildən fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR