Bank Of Baku

«ASB Bank» bayram günlərində də fəaliyyət göstərəcək

«ASB Bank» bayram günlərində də fəaliyyət göstərəcək
# 29 dekabr 2010 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı»nın «Park Bulvar» Ticarət Mərkəzində yerləşən filialı bayram günlərində də fəaliyyət göstərəcək. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial bu ilin dekabr ayının 31-də saat 10:00-dan 21:00-dək, 2011-ci ilin yanvar ayının 1-də saat 14:00-dan 22:00-dək, digər bayram günləri isə fasiləsiz olaraq saat 10:00-dan 22:00-dək bütün bank xidmətləri göstərəcək.
Mərkəzin giriş mərtəbəsində yerləşən «ASB Park Bulvar filialı» bütün il ərzində, bayram və istirahət günləri də daxil olmaqla, saat 10:00-dan 22:00-dək fasiləsiz xidmət göstərir.
Filialda müştərilər valyuta mübadiləsi, pul köçürmələri, rabitə və kommunal ödənişlər, plastik kartlarla iş, fərdi kreditlər, biznes kreditləri və digər xidmətlərdən istifadə edə bilərlər.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 105,849 mln. manat, depozit portfeli 72,882 mln. manat, kredit portfeli 68,604 mln. manat, məcmu kapitalı 26,258 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,114 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 28 bankomatı və 288 POS-terminalı fəaliyyət göstərir. Bankın müştərilərinin sayı 25 mindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR