Bank Of Baku

Son dörd ildə ABŞ-da 300-dən artıq maliyyə təşkilatı iflasa uğrayıb

Son dörd ildə ABŞ-da 300-dən artıq maliyyə təşkilatı iflasa uğrayıb
# 30 dekabr 2010 08:10 (UTC +04:00)
Bakı - APA-Economics. Son dörd il ərzində ABŞ-da 300-dən artıq maliyyə təşkilatı fəaliyyətini dayandırıb.

APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, bu barədə ABŞ Əmanətlərin Sığortalanması üzrə Federal Agentliyi (Federal Deposit Insurance Corp., FDIC) açıqlama yayıb.

Cari ildə FDIC-in bağladığı ilk bank “Horizon Bank” olub. Yanvarın 8-də fəaliyyətini dayandıran bankın bütün şöbələrinin qarşısından bir gün sonra “Washington Federal Savings and Loan Association” lövhələri asılıb. Bu il ABŞ-da ümumilikdə 150 maliyyə təşkilatı mövcudluğuna son verib. Bunlar əsasən aktivləri 1 mlrd. dollara qədər olan kiçik banklar olub.

2009-cu ildə ABŞ-da qapadılan maliyyə təşkilatlarının sayı 1992-ci ildən bəri rekord səviyyəyə çatıb - 140. 2008-ci ildə bu göstərici 25, 2007-ci ildə 3 olub.

Çətin iqtisadi duruma düşən banklarla məşğul olan FDIC-in bölmələrində hazırda 2133 nəfər çalışır. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə qurumun əməkdaşlarının sayı 219 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR