Bank Of Baku

Azərbaycan İpoteka Fondu bu il 2213 nəfərə 87 mln. manat kredit verib

Azərbaycan İpoteka Fondu bu il 2213 nəfərə 87 mln. manat kredit verib
# 30 dekabr 2010 08:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) vasitəsi ilə müvəkkil kredit təşkilatları tərəfindən 2010-cu il yanvar-noyabr aylarında ümumilikdə 2 213 nəfərə 87,3 mln. manat həcmində ipoteka krediti verilib.
Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, verilmiş kreditlərin 15 mln. manatı (453 nəfərə) sosial ipoteka kreditlərinin payına düşüb.
AMB-dən bildirib ki, son qlobal maliyyə böhranı nəzərə alınmaqla ipoteka mexanizmində adekvat təshihlər aparılıb. İpoteka kreditləri üzrə portfel yüksək dərəcədə sağlam olub və kreditlər üzrə ödənişlərdə gecikmələr müşahidə edilməyib.
Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR