Bank Of Baku

Azərbaycanda manat pul kütləsi 33% artıb

Azərbaycanda manat pul kütləsi 33% artıb
# 30 dekabr 2010 10:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2010-cu il dekabr ayının 1-nə 9 620,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-noyabr aylarında pul kütləsinin həcmi 13,6%, noyabr ayında isə 0,01% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 33% artaraq 2010-cu ilin dekabrın 1-nə 7 417,7 mln. manata çatıb:

(mln. AZN)

 

01.12.2009

01.01.2010

01.12.2010

M0 (nağd pullar)

3 805,7

4 174,8

4 994,3

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

 

4 706,6

 

5 239,8

 

5 964,0

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

 

5 575,6

 

6 169,2

 

7 417,7

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

 

7 904,9

 

8 469,2

 

9 620,8



Cari ilin dekabrın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 67,3% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1 faiz bəndi azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR