Bank Of Baku

May-iyun aylarında Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının iclası keçiriləcək

May-iyun aylarında Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 18 fevral 2011 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may-iyun aylarında Azərbaycan-Mərakeş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami bildirib.

İki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirən səfir qeyd edib ki, Azərbaycan və Mərakeş arasında bir sıra təsdiq olunmamış sazişlər mövcuddur: «Hazırda biz investisiya və ikiqat vergitutmanın ləğvi ilə bağlı sazişlərin imzalanması istiqamətində aparılan işləri yekunlaşdırırıq. Eyni zamanda, nəqliyat üzrə sazişi tam yekunlaşdırmaq niyyətindəyik. Bu sazişlər iki ölkə arasında əlaqələri və əməkdaşlığı bir qədər də inkişaf etdirəcək».

Bununla yanaşı H.Hami bildirib ki, Mərakeş Azərbaycanla energetika sahəsində əməkdaşlıq etməkdə maraqlıdır: «Ümumiyyətlə, Azərbaycanın bir çox sahədəki təcrübəsini öyrənməkdə maraqlıyıq. Bunun əvəzində Azərbaycana turizm və təhsil sahələri üzrə yardım göstərə bilrik».

H.Haminin sözlərinə görə, gələn ay Mərakeşin ədliyyə naziri Azərbaycana, yaxın gələcəkdə isə Azərbaycanın gənclər və idman naziri Mərakeşə səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR