Bank Of Baku

“Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilib

“Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilib
# 19 fevral 2011 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti İdarə Heyətinin tərkibində kadr dəyişikliyi edilib.

Şirkətin baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, şirkətin səhmdarları tərəfindən qəbul edilmiş qərara əsasən, İqor Smaqa «Atəşgah Sığorta» şirkətinin İdarə heyətinin üzvü vəzifəsinə təsdiq edilib. Bununla da şirkətin İdarə Heyətinin sədri Tələt Səfərov, İdarə Heyətinin sədr müavini Vasif Əhmədov, İdarə Heyətinin üzvü isə İ. Smaqa olub. Qeyd edək ki, İ. Smaqa əvvəllər şirkətin icraçı direktoru vəzifəsini icra edib.

Xatırladaq ki, İ. Smaqa Elektron Texnikası üzrə Moskva Dövlət Universitetinin mikro-cihazlar və texniki kibernetika fakültəsini və İqtisadiyyat və İdarəetmə İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. O 1994-2004-cü illərdə Rusiyanın «Rosno» Sığorta Qrupunda, 2004-2009-cu illərdə isə Rusiyanın «Kapital» Sığorta Qrupunda, 2009-cu ildən isə «Atəşgah Sığorta» şirkətinin icraçı direktoru vəzifəsində çalışıb.

«Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir. «Atəşgah Sığorta Qrupu»na «Atəşgah Sığorta» şirkəti, «Atəşgah Həyat» sığorta şirkəti və «İntermed» Tibb Klinikası daxildir. Ötən ilin yekunlarına görə, şirkət Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə qərarlaşıb. Bu dövr ərzində şirkətin sığorta haqlarının həcmi 14,57 mln. manat, sığorta ödənişləri isə 5,26 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR