Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar 2011-ci il yanvar ayının 1-nə olan aktivlərinin həcminə görə sıralanıb:
(mln. AZN)
Banklar | Aktivlər | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 5 527,917 |
2 | KapitalBank | 781,936 |
3 | Xalq Bank | 650,790 |
4 | Bank Standard | 601,755 |
5 | Paшa Bank | 509,074 |
6 | Texnikabank | 506,014 |
7 | Access Bank | 373,020 |
8 | Unibank | 354,937 |
9 | Demirbank | 340,381 |
10 | Bank Respublika | 257,387 |
11 | SilkWay Bank | 250,987 |
12 | AGBank | 249,209 |
13 | Bank of Baku | 245,126 |
14 | Zamin Bank | 242,791 |
15 | AtaBank | 217,854 |
16 | Muğan Bank | 208,675 |
17 | YapiKredi Bank Azerbaijan | 206,877 |
18 | Bank Nikoil | 178,328 |
19 | Royal Bank | 173,734 |
20 | Bank of Azerbaijan | 146,861 |
21 | Expressbank | 135,153 |
22 | Turanbank | 131,456 |
23 | Azərbaycan Sənaye Bankı | 129,950 |
24 | Rabitabank | 121,821 |
25 | Parabank | 108,638 |
26 | Kredo Bank | 83,617 |
27 | Amrahbank | 78,656 |
28 | Azər-Türk Bank | 61,329 |
29 | Bank Avrasiya | 60,189 |
30 | Melli İran Bank-Bakı | 53,519 |
31 | NBCBank | 47,829 |
32 | United Credit Bank | 44,880 |
33 | Deka Bank | 44,043 |
34 | Gəncəbank | 41,808 |
35 | Atrabank | 39,669 |
36 | Qafqaz İnkişaf Bankı | 33,514 |
37 | Günaybank | 33,028 |
38 | VTB Azerbaijan | 26,790 |
39 | Azərbaycan Kredit Bankı* | - |
40 | AFB Bank* | - |
41 | Pakistan Milli Bankı – Bakı* | - |
42 | BTB Bank* | - |
43 | Eurobank* | - |
44 | Naxçıvanbank* | - |
* Bu banklar göstəricilərini təqdim etməyib.
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 44 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 38 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 6,930 mlrd. ABŞ dolları) ölçülür.
Cədvəldən göründüyü kimi, yalnız 17 bankda aktivlərinin həcmi 200 mln. manat (01.01.2011-ci il vəziyyətinə - 250,721 mln. ABŞ dolları), daha 8 bankda aktivlər 100 mln. manat həddini (125,360 mln. ABŞ dolları), 5 bankda isə 50 mln. manat (62,680 mln. ABŞ dolları) həddini üstələyib.