Bank Of Baku

«Muğan Bank» nizamnamə kapitalını artırır

«Muğan Bank» nizamnamə kapitalını artırır
# 23 fevral 2011 10:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Muğan Bank» ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 20 min ədəd, emissiyanın ümumi həcmi isə 4 mln. manat təşkil edir. Emissiya kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 20% artaraq 24 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 208,675 mln. manat, kredit portfeli 135,271 mln. manat, depozit portfeli 82,358 mln. manata, məcmu kapitalı 25,069 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR