Bank Of Baku

Azərbaycan əhalisi yanvarda 200 mln. manat yığım toplayıb

Azərbaycan əhalisi yanvarda 200 mln. manat yığım toplayıb
# 23 fevral 2011 12:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin məcmu nominal pul gəlirlərinin 78,6%-i son istehlaka, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 10,6%-i isə yığıma yönəldilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Beləliklə, əhalinin məcmu gəlirlərinin 1 910,7 mln. manat həcmində olduğunu nəzərə alsaq, əhali tərəfindən yığımlara 202,5 mln. manat yönəldiyini görərik. Ötən ilin yanvar göstəricisi ilə müqayisədə əhalinin məcmu gəlirləri sabit qiymətlərlə 25,1%, müqayisəli qiymətlərlə isə 14,3% artıb. Əhalinin yığımlarının həcmi isə 2010-cu ilin yanvarında cəmi 71,8 mln. manat təşkil edib ki, beləliklə, bu göstərici sabit qiymətlərlə 2,8 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR