Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı plastik kartlar üzrə yeni endirim kampaniyası keçirəcək

Azərbaycan Beynəlxalq Bankı plastik kartlar üzrə yeni endirim kampaniyası keçirəcək
# 23 fevral 2011 14:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) martın 1-dən plastik kartlar üzrə endirim kampaniyasına başlayacaq. Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin «APA-Economics»ə verdiyi məlumata görə, ABB artıq ilin əvvəlində analoji kampaniya keçirib bə həmin aksiya əhali arasında böyük maraqla qarşılanıb: kartların alınması üçün edilən müraciətlərin sayı həmin dövr ərzində adi vaxtla müqayisədə 2 dəfədən çox artıb.

R.Ağayevin sözlərinə görə, Bank plastik kartlara böyük əhəmiyyət verir ki, bu proses ölkədə nağdsız hesablaşmaların inkişafına xidmət edir. Xatırladaq ki, Azərbaycan prezidenti tərəfindən 2004-cü ilin dekabrın 9-da imzalanmış fərmanla ölkədə müasir elektron ödəmə kartlarının inkişafı və təkmilləşdirilməsi üzrə Dövlət Proqramı ilə bu məsələyə böyük təkan verilib.

R.Ağayevin sözlərinə görə, 2010-cu il ərzində ABB 223 mindən çox kart buraxıb və hazırda aktiv kartların sayı 1,8 mln. ədəd təşkil edir ki, bu da ölkənin kart bazarın 40%-dən çoxunu təşkil edir. Ötən il ərzində bütün banklar üzrə kartlar vasitəsilə aparılan əməliyyatların sayı 46,4 mln. təşkil edib və bunun 21 mln-u ABB-nin payına düşür. Bankın kartları üzrə əməliyyatların dövriyyəsinin həcmi isə 40 mln. manat artaraq 2,7 mlrd. manata çatıb.

Yuxarıda qeyd olunan endirim kampaniyasının şərtlərinə gəlincə R.Ağayev bildirib ki, mart ayı ərzində alınan «Visa Classic», «Visa Gold», «Visa Platinum», «MasterCard Standard», «MasterCard Gold», «MasterCard Platinum» kartları üzrə illik xidmət haqqı 50%, hətta 80% endiriləcək və müddəti 1 il olan «Classic/MasterCard Standard» kartları üzrə bu məbləğ 20 manat, 2 illik kartlar üzrə 30 manat, 3 illik kartlar üzrə isə 40 manat təşkil edəcək. «Visa/MasterCard Gold» kartları üzrə bu göstəricilər müvafiq olaraq 25 manat, 35 manat və 45 manat, «Visa/MasterCard Platinum» kartları üzrə isə 30 manat, 40 manat və 50 manat təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR