Bank Of Baku

Dünya ticarətinin həcmi ilk dəfə olaraq qlobal böhrana qədərki səviyyəyə çatıb

Dünya ticarətinin həcmi ilk dəfə olaraq qlobal böhrana qədərki səviyyəyə çatıb
# 24 fevral 2011 07:52 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya ticarətinin həcmi 2010-cu ilin dekabrında ilk dəfə olaraq qlobal böhrana qədərki səviyyəyə çatıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Hollandiyanın CPB İqtisadiyyat İnstitutu açıqlama yayıb.

Ötən il dünya ticarətinin həcmi 15,1% artıb. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə bu göstərici 13% azalıb. Bu isə 1945-i ildən bəri ən böyük azalma kimi tarixə düşüb.

Dünya iqtisadiyyatında azalmaya səbəb qlobal iqtisadi böhran olub. Nəticədə bir çox ölkələrin ÜDM-i azalmağa başlayıb və iqtisadiyyatların bir çox mallara tələbatı aşağı düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR