Bank Of Baku

“DəmirBank” 8 Mart münasibətilə güzəştli avtokreditlər təklif edir

“DəmirBank” 8 Mart münasibətilə güzəştli avtokreditlər təklif edir
# 24 fevral 2011 08:19 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın “DəmirBank” ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya zamanı xanımlar “DəmirBank”ın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək.

Şərtlərə əsasən 1 mart 2011-ci il tarixindən etibarən 1 ay ərzində yeni avtomobillər üçün ən azı 20% ilkin ödəniş edildikdə avtomobil krediti illik 18%, ən azı 50% ilkin ödəniş edildikdə isə illik 17% dərəcəsi ilə verilir. Avtomobil krediti müştərilərə 20%-dən başlayaraq ilkin ödənişlə 36 ayadək müddətə təklif edilir. Kreditin məbləği 5000-dən 50000 manatadək təşkil edə bilər.

“Müasir dünyada bir çox xanımların fəal mövqeyi onların gündəlik həyatında və fəaliyyətində öz əksini tapır. Hazırda minlərlə xanım avtomobildən istifadə edir və bu say hər il artmaqdadır. Ümid edirik ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən bu kampaniya xanımların yeni avtomobil əldə etmək imkanlarını genişləndirəcək. Fürsətdən istifadə edərək, qarşıdan gələn bayram münasibətilə “DəmirBank” adından xanımları təbrik edirik, firavan həyat və sevincli günlər arzulayırıq” - deyə Bankın İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

“DəmirBank” avtokreditlər sahəsində “Toyota”, “Honda”, “Mitsubishi”, “Mazda”, “Subaru”, “Audi”, “Volkswagen”, “Chevrolet”, “Kia”, “Skoda” və s. avtomobil markalarının Azərbaycanda olan distribyutor və dilerləri ilə geniş əməkdaşlıq edir.

Avtomobil krediti əldə etmək üçün “DəmirBank”ın filiallarına və avtomobil salonlarına müraciət etmək olar. “DəmirBank” müştərilərə müxtəlif biznes, istehlak və ipoteka kreditləri təklif edir. Bankın kredit məhsulları barədə ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. «DəmirBank» ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda 29 filialı fəaliyyət göstərir ki, bunlardan 13-ü Bakı şəhərində, 16-sı isə ölkənin digər regionlarında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR