Bank Of Baku

Dünya Bankı Azərbaycanda vergi dərəcələrinin azaldılmasında maraqlıdır

Dünya Bankı Azərbaycanda vergi dərəcələrinin azaldılmasında maraqlıdır
# 24 fevral 2011 08:42 (UTC +04:00)
Bu barədə Dünya Bankı Qrupunun Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə bölməsinin rəhbəri Riçard Stert Vergilər Nazirliyində keçirdiyi görüşdə bildirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergilər nazirinin birinci müavini Natiq Əmirov və nazirliyin müvafiq struktur vahidləri rəhbərlərinin iştirak etdiyi görüşün əsas məqsədi Azərbaycanda vergi inzibatçılığı və qanunvericiliyinin qiymətləndirilməsi, eyni zamanda bu sahələrin daha da təkmilləşdirilməsi üçün Beynəlxalq Maliyyə Korporasiyası/Dünya Bankı Qrupu və Vergilər Nazirliyi arasında mümkün əməkdaşlığın nəzərdən keçirilməsi olub.

R.Stert Azərbaycanda həyata keçirilən islahatları, əldə olunan uğurları müsbət qiymətləndirərək, kiçik sahibkarlığın inkişafı, sadələşdirilmiş vergi sistemi, tətbiq edilən vergilərin dərəcələrinin azaldılması və vergi güzəştləri haqqında müzakirələr aparmaqda maraqlı olduqlarını bildirib. Görüşdə nağdsız hesablaşmaların stimullaşdırılması, vergidən yayınma hallarının qarşısının alınması və bu istiqamətdə müsbət beynəlxalq təcrübə müzakirə olunub. Eləcə də inkişaf etmiş ölkələrin vergi administrasiyaları ilə təcrübə mübadiləsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR