Bank Of Baku

«Paşa Bank» ilin sonunadək yeni strategiyasını hazırlayacaq

«Paşa Bank» ilin sonunadək yeni strategiyasını hazırlayacaq
# 24 fevral 2011 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC bu il ərzində 2012-2014-cü illər üçün strateji planını hazırlayacaq. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, strateji planın hazırlanması üçün bu ilin I rübündə bankın 6-8 nəfər işçisindən ibarət strateji qrup yaradılacaq: «Bu işçi qrupu strateji planı hazırlayaraq 2011-ci ilin sonunda Müşahidə Şurasına təqdim edəcək. İnkişaf strategiyasında bəzi məqsədlər var ki, bunlara nail olmaq üçün 5-7 il vaxt tələb olunur. Sənəddə həmçinin bankın qeyri-neft sektorunda fəal iştirakı, həmçinin neft-energetika sektorunda fəaliyyət göstərən şirkətlərlə yaxından əməkdaşlıq edilməsi nəzərdə tutulub».

Qeyd edək ki, bankın mövcud strateji planı 2009-2011-ci illəri əhatə edir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 509,074 mln. manat, depozit portfeli 388,601 mln. manat, kredit portfeli 194,860 mln. manat, məcmu kapitalı 132,284 mln. manat, o cümlədən nizamnamə kapitalı 115,4 mln. manat təşkil edib. Hazırda bankın 6 bankomatı və 56 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR