Bank Of Baku

“ABB-Moskva” Rusiyanın ən iri bankları sırasına düşüb

“ABB-Moskva” Rusiyanın ən iri bankları sırasına düşüb
# 24 fevral 2011 16:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Moskva” RBC-Reytinq tərəfindən hazırlanmış Rusiyanın ən iri 500 banklarının xalis aktivlərin həcminə görə reytinqində 139-cu yeri tutub.

APA-Economics”in məlumatına görə, 2011-ci ilin yanvarın 1-nə bankın aktivləri 18,088 mlrd. rubl təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 21,1% çoxdur.

Eyni zamanda likvid aktivləri üzrə reytinqdə “ABB-Moskva” 359-cu yeri tutub. Bankın likvid aktivləri 588 mln. rubl təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 6% artıqdır.

Qeyd edək ki, reytinqə “Sberbank” başçılıq edir. Onun xalis aktivləri 2011-ci ilin yanvarın 1-nə 8,888 mlrd. rubla bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR