Bank Of Baku

Azərbaycanın ümumi dövlət borcu təxminən 8 mlrd. manatdır

Azərbaycanın ümumi dövlət borcu təxminən 8 mlrd. manatdır
# 25 fevral 2011 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanın ümumi dövlət borcu təxminən 8 mlrd. manat təşkil edir. Bu barədə «APA-Economics»ə Azərbaycanın maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, dövlət borcu iki hissədən ibarətdir ki, birincisi dövlətin götürdüyü borc, ikincisi isə dövlət tərəfindən təmin edilmiş borclardır: «Bura «Azərbaycan Hava Yolları» QSC, «Azərenerji» ASC kimi dövlət şirkətlərinin cəlb etdikləri vəsaitlər daxildir ki, bunlar da təyyarələrin alınması, yeni elektrik stansiyalarının tikintisinə yönəldilib. Dövlət bu vəsaitlərin cəlb olunması üçün sözügedən şirkətlərə dəstək verir ki, borclar uzunmüddətli olsun və faiz dərəcələri bir o qədər yüksək olmasın».

S.Şərifov bildirib ki, hazırda Azərbaycanın dövlət borcu uzunmüddətlidir və faiz dərəcələri yüksək deyil: «Hazırda dövlət borcu 8 mlrd. manat təşkil edir, lakin dövlət zəmanətilə cəlb olunmuş vəsaitləri nəzərə almasaq, borcun həcmi 3 mlrd. manatı üstələmir. Ümumiyyətlə, bu sahə daim diqqət mərkəzindədir və burada heç bir promblem müşahidə olunmur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR