Bank Of Baku

Azərbaycanın qızıl ehtiyatı 250 kq-a çatıb

Azərbaycanın qızıl ehtiyatı 250 kq-a çatıb
# 25 fevral 2011 10:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifovun sözlərinə görə, ölkənin qızıl ehtiyatı daim artırılır. Belə ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. «Bildiyiniz kimi, «Anglo-Asian Mining» şirkəti ilə Azərbaycan hökuməti arasında qızılın hasilatının pay bölgüsü üzrə saziş mövcuddur. Sazişə uyğun olaraq, əldə olunan qızılın müəyyən həcmi xərclər çıxıldıqdan sonra Azərbaycan dövlətinin payına düşür. Buradan qızıl saflaşdırmaq üçün İsveçrəyə göndərilir. Ondan sonra külçələr şəklində Azərbaycana gətirilərək Mərkəzi Bankda saxlanılır».

Nazir onu da bildirib ki, İsveçrədə Azərbaycan qızılı yığılır və hər dəfə 100 kq az olmayan hissələrlə ölkəyə gətirilir.

Qeyd edək ki, qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 416 ABŞ dollarına bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR