Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası «Deutsche Bank»dan texniki yardım alacaq

Azərbaycan Mikromaliyyə Assosiasiyası «Deutsche Bank»dan texniki yardım alacaq
# 25 fevral 2011 10:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) 2011-ci ilin birinci yarısında Almaniya «Deutsche Bank»ından 25 min ABŞ dolları həcmində texniki yardım almaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, bu vəsait AMA tərəfindən icra olunacaq «Müştərilərin atıq borclanması Layihəsi» üzrə aparılacaq araşdırmalara sərf ediləcək. «Bu araşdırmalar ölkədə fəaliyyət göstərən mikro-kredit təşkilatları üzrə aparılacaq və layihənin əsas məqsədi Azərbaycanda müştərilərin artıq borclanmasının hansı səviyyədə olmasının öyrənilməsi, artıq borclanmanın qarşısının alınması yollarının araşdırılmasına sərf olunacaq», - deyə AMA başçısı vurğulayıb.

J.Hacıyeva bildirib ki, analoji araşdırmalar Azərbaycandan başqa daha 5 ölkədə aparılması planlaşdırılır.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR