Bakıda «Milli Mühasibat Uçotu sistemində islahatlar: ilkin nəticələr» mövzusunda konfrans keçirilib
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkədə bu sahədə aparılan islahatlardan ətraflı məlumat verib və qeyd edib ki, 3 mərhələdə aparılan islahatlar hazırda da davam edir: «İslahatların ilk mərhələsinə maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanması və təqdim olunması üzrə mühasibat uçotu subyektlərinin fəaliyyətini tənizmləyən qanunvericilik aktlarının qəbul edilməsi, ikinci mərhələyə mühasibat uçotu subyektləri tərəfindən yeni maliyyə hesabatlarının Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş müddətlərdə təqdim olunması üzrə müvafiq normativ-hüquqi aktlarda əks etdirilmiş kompleks tədbirlərin hazırlanması və icrası, üçüncü mərhələyə isə mühasibat uçotu subyektləri tərəfindən yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərin əldə edilməsi məqsədilə fasiləsiz tədris prosesinin təşkili daxildir».
Nazir onu da bildirib ki, hazırda Azərbaycanda 115 dövlət qurumunun 87-si, kiçik sahibkarlıq subyektləri istisna olmaqla 5 547 təşkilatın 1 816-sı, 4 500 büdcə təşkilatı, 1 717 bələdiyyə, 595 qefri-hökumət təşkilatı maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun təqdim edir.
Milli Mühasibat Uçotu sistemində islahatların ilkin nəticələrinə gəldikdə isə, S.Şərifov bildirib ki, mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanması və təqdim olunması üçün lazımi normativ-hüquqi və metodoloji baza yaradılıb, bu subyektlər tərəfindən müvafiq standartlar əsasında hazırlanmış maliyyə hesabatlarının tərtib və təqdim edilməsi prosesi təşkil olunub, həmçinin milli və beyənlxalq standartların tədrisi üzrə müvafiq təlim-tədris sistemi yaradılıb.
İslahatların ilkin nəticələrindən irəli gələn qısamüddətli vəzifələrə gəldikdə isə, nazir qeyd edib ki, beynəlxalq və milli standartlar əsasında mühasibat uçotunun aparılmasına dair yaradılmış normativ-hüquqi bazanın təkimlləşdirilməsi zəruridir: «Eyni zamanda, mühasibat uçotu üzrə beynəlxalq və milli standartlar əsasında hazırlanan maliyyə hesabatlarının qəbul olunması prosesinin avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat bazasının yaradılması, həmçinin islahatların «təhsil» komponentinin daha da güclənldirilməsi vacibdir».
S.Şərifov onu da vurğulayıb ki, mühasibat uçotu üzrə beynəlxalq standartlara keçidlə əlaqədar görüləcək irihəcmli işlərin əhəmiyyətliliyini, təxirəsalınmazlığını nəzərə alaraq, sözügedən tədbirlərin icrası Azərbaycan hökuməti və bir sıra beyənlxalq maliyyə qurumları tərəfindən ölkənin müəyyən etdiyi uçot siyasətinin strategiyasına uyğun olaraq müvafiq texniki yardımların ayrılması ilə həyata keçiriləcək.
Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov öz növbəsində qeyd edib ki, bu sahədə peşəkarların sayını artırmaq üçün müvafiq treninqlər keçirilməli və sertifikatlaşdırılmış təlimçilər hazırlanmalıdır: «Bu istiqamətdə Təhsil Nazirliyi lazımi yardım göstərəcək».
Tədbirdə çıxış edən Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouen Dünya Bankının bu prosesi dəstəklədiyini bildirib və qeyd edib ki, ölkədə müasir mühasibat uçotu sisteminin yaradılması və tətbiqi zəruri məsələlərdəndir.
Toplantıda həmçinin Dünya Banknın Azərbaycanda həyata keçirdiyi CAPSAP layihəsinin icrası haqqında məlumat verilib.
Qeyd edək ki, daha sonra konfransda milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi, mühasibat və maliyyə uçotu sahəsində görüləcək işlər, korporativ və büdcə sektorları üzrə maliyyə hesabatlarında şəffaflığın və hesabatların peşəkar səviyyəsinin artırılması, mühasibat və audit sahəsində maarifləndirmə işinin təşkili ilə bağlı müzakirələr aparılıb.
Konfransda müxtəlif dövlət orqanlarının, içtimai əhəmiyyətli qurumların, bank və sığorta təşkilatların, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.
Maliyyə
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
İslam İnkişaf Bankı innovativ maliyyələşmə üçün əsas prioritetləri açıqlayıb
Xəbər Lenti
FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirib - VİDEO
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Xalid Xalafalla: Halal iqtisadiyyatı investisiya, ticarət və davamlı inkişaf üçün böyük imkan yaradır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Nigeriyalı nazir: Halal iqtisadiyyat inkişaf etməkdə olan ölkələr üçün böyük transformasiya imkanı yaradır
Tunis Prezidenti Azərbaycan liderini təbrik edib
"Şımkent Beynəlxalq Terminalı"nın direktoru: Şımkent və Bakı reysi iki dövlət üçün mühümdür
Lavrov: Ukraynanın Aİ-yə daxil olması blokun dağılmasına gətirib çıxaracaq
FTB Ağ Evə dron hücumunun qarşısını alıb, 5 nəfər saxlanılıb
Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb
Məcnun Məmmədov: Azərbaycan halal məhsullar istehsalında regional liderə çevrilmək niyyətindədir
AZAL: Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq
Rayonlarda pensiyaların ödəniləcəyi tarix açıqlanıb
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb
Son 1 ildə Azərbaycanda internetin sürəti 16%, mobil internetin sürəti isə 31%-dək artıb
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Rusiya və Türkiyə XİN rəhbərləri Cənubi Qafqazı müzakirə edib
Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmə zalında həbs olunub
Hakan Fidan: Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişdən məmnunuq
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Gürcüstan Dəmir Yollarının keçmiş rəhbəri axtarışa verilib
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Tovuzda 22 yaşlı oğlan çayda batıb
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Mikayıl Cabbarov: İslahatlar investisiya mühitini gücləndirib və qeyri-neft ixracını stimullaşdırıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Mikayıl Cabbarov: Azərbaycanın investisiya perspektivləri üç strateji üstünlük üzərində formalaşır
Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili qaydaları təsdiq edilib
BMT Baş katibinin elçisi: Regional inteqrasiya ölkələrə problemləri birlikdə həll etməyə imkan verir
İdxalı və satışı ƏDV-dən azad edilən quşçuluq üçün avadanlıqların siyahısı təsdiqlənib
İssa Faye: Regional inteqrasiya inkişafın sürətləndirilməsi üçün praktik mexanizmdir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qubada regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Nazir: Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın prioritetlərindəndir
Tramp: İsrail Livana hücum etsə belə, İranla razılaşma pozulmaya bilər
İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub
Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclası bu il ərzində keçiriləcək
Hakan Fidan: Türkiyə Ukrayna münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır
ABŞ Prezidenti: İran nüvə silahı əldə etsə, inanılmaz nəticələrlə üzləşəcək
Müşavir: Azərbaycanın ticarət dövriyyəsi son 5 ildə iki dəfə artıb
Qəbələdə yanğın olub, xəsarət alan var
Tramp: ABŞ-ın İrana investisiya yatırmaq öhdəliyi yoxdur
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Nazir: Gürcüstan Orta Dəhliz üzrə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək
Tramp: İranda rejim dəyişikliyinə inanmıram
Prezident qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb
Leyla Əliyeva Almaniyada BMT Baş katibinin müavini ilə görüşüb
Əli Əsədov Özbəkistana işgüzar səfər edib
Prezidentin köməkçisi: Su və torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas prioritetlərindəndir
Əraqçinin müavini: Qalibaf ABŞ-la sazişin imzalanması mərasimində iştirak edəcək