Bank Of Baku

Azərbaycanda mühasiblərin yenidən hazırlanması mərkəzi yaradılacaq

Azərbaycanda mühasiblərin yenidən hazırlanması mərkəzi yaradılacaq
# 25 fevral 2011 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi nəzdində mühasiblərin yenidən hazırlanması mərkəzi yaradılacaq. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, 2010-2011-ci tədris illəri üçün mühasibat uçotunun yeni tədris proqramları hazırlanıb ki, bunlar beynəlxalq mühasibat uçotu standartları üzərində qurulub: «Mühasibələrin köhnə sistemlə hazırlanması konveyeri artıq dayandırılıb. Bu sahədə islahatlar davam etdiriləcək. Nazirliyin nəzdində mühasiblərin yenidən hazırlanması mərkəzi təşkil olunur ki, burada mühasiblərə müvafiq treninqlər keçiriləcək. Eyni zamanda, bütün təşkilatlara bu sahədə texniki yardım göstəriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR