Bank Of Baku

Azərbaycanda daha bir bankın yaradılması planlaşdırılır

Azərbaycanda daha bir bankın yaradılması planlaşdırılır
# 25 fevral 2011 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Finca-Azerbaijan» qeyri-bank kredit təşkilatı yaxın iki il ərzində banka transformasiya olunmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın direktoru səlahiyyətlərini icra edən Maniş Sane (Manish Sane) bildirib.

M.Sanenin sözlərinə görə, hazırda universal bank lisenziyasının alınması ilə bağlı Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparılır.

M.Sane bildirib ki, lisenziya ilə bağlı «Finca-Azerbaijan» tərəfindən AMB-yə rəsmi müraciət olunmayıb. «AMB-nin nümayəndələri «Finca-Azerbaijan»a bank lisenziyasının verilməsində müsbət fikirdədir. Hesab edirik ki, yaxın iki il ərzində «Finca-Azerbaijan» bank lisenziyası alacaq», - deyə M.Sane qeyd edib.

Təsisçisi ABŞ-ın «Finca International» təşkilatı olan «Finca-Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə qurumun kredit portfelinin həcmi 84,147 mln. ABŞ dolları, nizamnamə kapitalı isə 5 min dollar təşkil edib. Təşkilat kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR