Bank Of Baku

«Access Bank» Xocalı ailələrinə humanitar yardım edib

«Access Bank» Xocalı ailələrinə humanitar yardım edib
# 25 fevral 2011 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC Bakının Mərdəkan qəsəbəsində məskunlaşmış 160 Xocalı ailəsinə humanitar yardım göstərilməsi ilə bağlı aksiya keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Xocalı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sovet Allahverdiyev Xocalı faciəsinin ağır nəticələrinə məruz qalmış şəxslərə göstərdikləri yardıma görə «Access Bank»ın rəhbərliyinə və bütün kollektivinə təşəkkürünü bildirib.

Qeyd edək ki, aksiya bankın «Gəncə» və «Lənkəran» filiallarında davam etdirilib.

Xatırladaq ki, «Accses Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «Access Holding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR