Bank Of Baku

«Kapital Bank» kompyuter sistemini lisenziyalı proqram təminatı ilə təchiz edib

«Kapital Bank» kompyuter sistemini lisenziyalı proqram təminatı ilə təchiz edib
# 25 fevral 2011 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC ilə «Ultra Comruters» telekommunikasiya şirkəti arasında «Microsoft Enterprice Agreement» müqaviləsi imzalanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Microsoft Enterprice Agreement» müqaviləsi 250-dən çox kompyuteri olan və «Microsoft» platformasını korporativ standart kimi seçmək imkanına malik təşkilatlar üçün nəzərdə tutulmuş korporativ lisenziyalaşdırma proqramıdır.

Müqavilə qüvvədə olduğu müddət ərzində «Kapital Bank»ın istifadəsində olan bütün kompyuterlərdə lisenziyalı proqram təminatından faydalanmaq imkanı yaradır. Bu isə müasir standartların, «Microsoft» tərəfindən hazırlanan müvafiq proqram təminatlarının yeni nəsillərinin «Kapital Bank»ın fəaliyyətində tətbiq olunması, bankın informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi deməkdir.

Xatırladaq ki, «Kapital Bank» ASC 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 88 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR