Bank Of Baku

Dünyanın ən zəngin liderlərinin reytinqi açıqlanıb

Dünyanın ən zəngin liderlərinin reytinqi açıqlanıb
# 26 fevral 2011 10:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniyanın “Handelsblatt” nəşriyyatı dünyanın ən varlı liderlərinin reytinqini tərtib edib.

«APA-Economics»in məlumatına görə, onluqdan ibarət siyahıda birinci yerdə Səudiyyə Ərəbistanın kralı Abdulla ibn Əbdül Əziz əs-Səud qərarlaşıb. Onun varidatı 40 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.

Reytinqdə ikinci yeri Misirin sabiq prezidenti Hüsnü Mübarək (40 mlrd. dollaradək), üçüncü yeri isə Bruney sultanı Həsən əl-Bolkiah (20 mlrd. dollar) tutur.

Siyahıda dördüncü yerdə Abu-Dabinin (Birləşmiş Ərəb Əmirlikləri) şeyxi Xəlifə bin Zaed əl-Nahayan (15 mlrd. dollar), beşinci yerdə isə Tunisin sabiq prezidenti Zin əl-Abidin Ben Əli (10 mlrd. dollaradək) qərarlaşıblar.

Onluğa həmçinin Sudan prezidenti Ömər Həsən əl-Bəşir (9 mlrd. dollaradək), Dubayın (Birləşmiş Ərəb Əmirlikləri) şeyxi Məhəmməd ben Rəşid əl-Məktum (4,5 mlrd. dollar), Mərakeş kralı VI Məhəmməd (2,5 mlrd. dollar), Qətərin şeyxi Həmad ben Cassem əl-Tani (2,4 mlrd. dollar) və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev (1,1 mlrd. dollar) daxil olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR